Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Görülən işlərdən və perspektivlərdən danışıldı

Görüşdə Azərbaycan həmkarlar ittifaqları ilə BDDYİHİK-nın əlaqələrindən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

07.03.2024 11:23
3
A+
A-

Fevralın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəmiryolçular və Dəmir Yolu İnşaatçılarının Həmkarlar İttifaqları Konfederasiyasının (BDDYİHİK) Baş katibi Gennadi Kosolapovla görüşüb.

Görüşdə Azərbaycan həmkarlar ittifaqları ilə BDDYİHİK-nın əlaqələrindən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə toxunan Səttar Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

AHİK sədri vurğulayıb ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Səmimi görüşə görə təşəkkürünü bildirən Baş katib Gennadi Kosolapov Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirəsi aparılıb.

ETİKETLƏR: