Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gövhər Beydullayeva dünya kuboku yarışının qalibi olub

Gövhər Beydullayeva dünya kuboku yarışının qalibi olub

15.09.2021 11:44
16
A+
A-

18 yaşlı qızların turnirində böyük əzmkarlıqla mübarizə aparan Azərbaycan şahmatçısı Gövhər Beydullayeva finalda Gürcüstan təmsilçisi Tamari Esadze üzərində qələbə qazanıb. Şahmatçımız dünya kubokunun qalibi olmaqla dekabrın 18-24-də keçiriləcək super finala vəsiqəni təmin edib.

Şahmatın rapid növü üzrə onlayn Dünya Kuboku yarışmasında  uğur qazanan Gövhər Beydullayeva (ilk məşqçisi Xanlar Allahverdiyev) həmkarlar ittifaqlarının “Şahmat-Dama” İdman Klubunun yetirməsidir.

ETİKETLƏR: