Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Naxçıvanda 1200 aztəminatlı ailəyə bayram sovqatı verilib

.

15.03.2024 23:47
4
A+
A-

Martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfər edib.

AHİK sədri    Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər      Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, qarşısına güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

***

Martın 14-də - Novruz bayramı ərəfəsində AHİK tərəfindən digər bölgələrlə yanaşı, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid ailələri, qazi və digər həssas qruplardan olan 1200 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.

Yolasalma mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak ediblər.

Müxtəlif zəruri ərzaq məhsullarından ibarət sovqatlar 6 avtomobillə təyinatı üzrə ünvanlara yola salınıb.

 

ETİKETLƏR:

Foto