Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Badminton üzrə yarışın qalibləri məlum olub

Martın 14-də badminton (oğlanlar), 15-də isə badminton (qızlar) üzrə yarışlar keçirilib. Hər iki yarış Azərbaycan Dövlət İqtisad Universitetinin İdman zalında təşkil olunub.

27.03.2024 12:29
6
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı davam edir.

Xatırladaq ki, çempionata idmanın 10 növü (şahmat, dama, stolüstü tennis, badminton, voleybol, basketbol, sərbəst güləş, yunan-Roma güləşi, cüdo və kəndirlə mübarizə) üzrə yarışlar daxildir. Və artıq şahmat və dama yarışları başa çatıb.  

Martın 14-də badminton (oğlanlar), 15-də isə badminton (qızlar) üzrə yarışlar keçirilib. Hər iki yarış Azərbaycan Dövlət İqtisad Universitetinin İdman zalında təşkil olunub.

8 komandanın mübarizə apardığı badminton (oğlanlar) üzrə yarışın yekun nəticəsinə əsasən, I yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri sahib olublar. II yeri Azərbaycan Tibb Universitetinin, III yeri isə Azərbaycan Dövət İqtisad Universitetinin tələbələri tutublar.

Qızlardan ibarət 8 komandanın iştirak etdiyi badminton üzrə yarışın qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası olub. Fəxri kürsüdə sonrakı yerləri Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin komandaları bölüşüblər.

Qaliblər diplom və medallarla təltif olunub.

ETİKETLƏR:

Foto