Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 “Xanımların əl işləri” festivalı

 Qaliblər Fəxri fərmanlarla təltif edildilər. 

27.03.2024 17:49
3
A+
A-

Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyinin təşəbbüsu və Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən “Xanımların əl işləri” adlı festival keçirilib. Festivalda hər fakültə salat hazırlama, rəsm çəkmə və ilməklə hörmə qabiliyyətlərini nümayiş etdirib.

Bayram ərəfəsində keçirilən bu festivalın əsas məqsədi xanım əməkdaşların elmi-pedaqoji bacarıqları ilə yanaşı, onların əl işlərinə aid olan qabiliyyətlərini də üzə çıxartmaqdır. Festivalın sonunda münsiflər tərəfindən əl işlərinə baxış keçirilərək hər nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlər müəyyən edilib.

 Qaliblər Fəxri fərmanlarla təltif edildilər. 

ETİKETLƏR:

Foto