İlk təşkilat sədrləri təlimatlandırıldı
.
![](/Uploads/Thumbs/fb8e0f25-ee54-418e-b4cf-9ea4965d2944_1024x582.jpg)
Martın 29-da Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilk təşkilatların həmkarlar ittifaqı komitələri sədrləri və fəalları üçün “Sahə həmkarlar ittifaqında hesabat-seçki yığıncaqlarının (konfransların) keçirilməsinin təşkili” mövzusunda onlayn qaydada videokonfrans formatında seminar keçirib.
Seminarı Respublika Komitəsinin sədr müavini, Təşkilat şöbəsinin müdiri Şöhrət Mustafayev açıb. O bildirib ki, sahə həmkarlar ittifaqında növbəti hesabat-seçki kampaniyası bu il start götürəcək. Kampaniyanın birinci mərhələsində hesabat-seçkilərin sex təşkilatlarında keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələlərdə bu kampaniyaya ilk təşkilatların birləşmiş həmkarlar ittifaqı komitələri qoşulacaqlar. Sonda sahə həmkarlar ittifaqının konfransı keçiriləcək. Hesabat-seçki yığıncaqlarının (konfransların) sahə həmkarlar ittifaqı Nizamnaməsinə və AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş Təlimata uyğun keçirilməsi təmin edilməlidir.
Sonra Ş.Mustafayev hesabat-seçki yığıncaqları ilə əlaqədar tərtib edilmiş sənədlər toplusu barədə geniş şərh verdi.
Sonda seminar iştirakçılarının sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.