Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qurumun fəaliyyəti diqqətəlayiq sayıldı

Müəllimlərdən Aynur Mircavadova və Zeynal Abbasov məruzədə səslənən məsələlərə münasibətlərini bildiriblər.

03.04.2024 11:51
17
A+
A-

Martın 30-da Masallı şəhər onbirillik İncəsənət Məktəbinin həmkarlar ittifaqı komitəsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirin əvvəlində torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra məktəbin ilk təşkilat sədri Ruhiyyə Ağayeva hesabat məruzəsi ilə çıxış edib. Deyib ki, təşkilat hesabat dövründə bütün tədbirlərdə və mərasimlərdə fəal iştirak edib. Ehtiyacı olan işçilərə müavinət və yardımlar verilib. Fəaliyyətlərində fərqlənən əməkdaşların əməyi qiymətləndirilib.

Müəllimlərdən Aynur Mircavadova və Zeynal Abbasov məruzədə səslənən məsələlərə münasibətlərini bildiriblər.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Vəkil İsmailov ilk təşkilatın keçən dövr ərzində gördüyü işlərdən söz açıb, təşkilatın ötən dövr ərzindəki fəaliyyətinin diqqətəlayiq olduğunu vurğulayıb.

Sonda səsvermə əsasında ilk təşkilatın yeni tərkibi formalaşdırılıb.

 

ETİKETLƏR: