Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


EPSU İcraiyyə Komitəsinin növbəti iclası

İclasda növbəti illərin maliyyə perspektivlərinin də müzakirəsi aparılıb və maliyyə işçi qrupunun təklifi razılaşdırılaraq təsdiq üçün EPSU-nun Qurultayına tövsiyə olunub.

17.04.2024 16:58
4
A+
A-

Martın 20-21-də Belçikanın Brüssel şəhərində Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyinin    (EPSU) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Gündəliyin əsas hissəsi Qurultayla bağlı idi.

Eləcə də Reqlament Komitəsinin hesabatı, 2025-2029-cu illər üçün fəaliyyət proqramı və vəzifəyə seçilmiş namizədlərlə bağlı məsələlər də müzakirə mövzusu olub. İcraiyyə Komitəsinin fəaliyyət proqramı və üzv təşkilatların müxtəlif düzəlişləri ilə bağlı mövqeyi də təsdiq olunub. Həmçinin Konstitusiyaya dəyişikliklər və sair məsələlər də müzakirə edilib. Eləcə də Fələstin-İsrail münaqişəsi ilə bağlı təcili qətnamə qəbul olunub.

İclasda növbəti illərin maliyyə perspektivlərinin də müzakirəsi aparılıb və maliyyə işçi qrupunun təklifi razılaşdırılaraq təsdiq üçün EPSU-nun Qurultayına tövsiyə olunub.

İcraiyyə Komitəsi sektorlarda və şəbəkələrdə, eləcə də transmilli şirkətlərlə Avropa İş Şuralarının yaradılması üzrə fəaliyyəti nəzərdən keçirib. Buraya daxildir:

-Səhiyyə və qayğı sahəsində kadr çatışmazlığının siyasət gündəminə qoyulmasının uğuru.

-Mərkəzi dövlət idarələrində rəqəmsallaşmaya dair sazişin qanuni şəkildə həyata keçirilməsi ilə bağlı Komissiya ilə müzakirə.

-Bələdiyyələrdə xidmətlərin təmin edilməsi üzrə təlim vasitəsi.

-Qaz sektorunda ədalətli keçid sazişi.

-Qadınlara qarşı zorakılıqla mübarizə.

İclasda İcraiyyə Komitəsi EPSU prezidenti vəzifəsinə Fransuaza Gengin (CGT-Sante-Action Social, Fransa) namizədliyini təsdiqləyib.

Tədbirdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq və iqtisadi münasibətlər şöbəsinin baş məsləhətçisi Nargiz Mamedova da iştirak edib.

 

ETİKETLƏR: