Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin güləşçiləri “Paris-2024”

Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar

17.04.2024 17:23
21
A+
A-

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirmələri sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kq.) və Turan Bayramov (74 kq.) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

Turan isə yarımfinalda italiyalı Frank Çamizo Markezlə qarşılaşmada əlavə vaxtda qalib gəlib və olimpiadaya lisenziyanı təmin edib.

 

ETİKETLƏR:

Foto