Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Küçə və bazar satıcılarının əmək və sosial hüquqlarının müdafiəsi

.

24.04.2024 14:26
175
A+
A-

Aprelin 22-də “StreetNet İnternational” beynəlxalq birliyin küçə və bazar satıcılarının sosial dialoq daxilində əmək və sosial hüquqlarının müdafiəsi mövzusunda onlayn tədbiri keçirilib.

Tədbirdə küçə, bazar və yarmarkalarda sanitar-epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması, küçə ticarətçiləri üçün xüsusi yerlərin ayrılması, satıcıların istirahəti üçün şəraitin yaradılması, onların təhlükəsizliyi, sosial təminatları,  qeyri-formal məşğulluqdan rəsmi qaydada özünüməşğul statusuna keçmələri müzakirə olunub. Həmin şəxslərin hüquqlarının qorunması üçün müvafiq normativ sənədlərin işlənib hazırlanması və küçə ticarəti ilə məşğul olanların təşkilatlanması mühüm məsələ hesab olunub.

Tədbirdə qurumun məsləhətçisi Sergiy Taran, Kommunikasiya və Media Meneceri Margarida Teixeira, İrene Doda və bu sətirlərin müəllifi də daxil olmaqla, digər iştirakçılar çıxış edərək küçə və bazar satıcılarının fəaliyyətinin qanuniləşdirilməsi, onlar üçün səmərəli iş şəraitinin yaradılması, əmək və sosial hüquqlarının müdafiəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Qeyd edək ki, küçə, qeyri-formal bazar, qanunsuz transsərhəd ticarətçiləri və alverçilərinin qlobal beynəlxalq ittifaqı olan “StreetNet International” 2002-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində təsis edilib. Təşkilat müxtəlif ölkələrdə küçə və bazar ticarətçilərini təmsil edən və onların əmək hüquqlarını qoruyan həmkarlar ittifaqlarını, birlikləri, formal və qeyri-formal kollektivləri özündə birləşdirir. Ali orqanı hər bir üzv təşkilatın nümayəndələrindən ibarət Beynəlxalq Konqresdir və 4 ildən bir toplanır. Qurumda həmçinin Beynəlxalq Şura və onun tərkibində İcraiyyə Komitəsi də fəaliyyət göstərir. Azərbaycan “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası “StreetNet International”ın üzvüdür. Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov “Streetnet İnternational” beynəlxalq qurumun katibidir.

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: