Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşaq əməyinə son qoymaq üçün təcili tədbirlər görülməlidir

.

12.06.2024 15:59
4
A+
A-

12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günündə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) qlobal öhdəliklərə və məqsədlərə uyğun olaraq uşaq əməyinə son qoymaq üçün təcili tədbirlər görülməsini tələb edir.

BHİK-in Baş katibi Luk Triangl deyib ki, Dayanıqlı İnkişaf Məqsədləri hədəf 8.7-də (müasir köləliyə, insan alverinə və uşaq əməyinə son qoymaq) göstərildiyi kimi, 2025-ci ilə qədər uşaq əməyinə son qoyulacağına dair söz verilib. Amma bu gün hələ də 160 milyon uşaq müəyyən və ya qeyri-müəyyən səbəblərdən işləmək məcburiyyətindədir. Hökumətlər yoxsulluq və sosial ədalətsizliklə mübarizə səylərini gücləndirməli və insan hüquqlarına əsaslanan təcili tədbirlər təklif etməlidir. Onlar həmkarlar ittifaqlarının işindən çox şey öyrənə bilərlər.

Qana Həmkarlar İttifaqları Konqresinin üzv təşkilatı olan Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı uşaq əməyini kollektiv müqavilələrə daxil edib. Uşaqların təhsil hüququ üçün kampaniya aparıb və uşaq əməyinə qarşı qlobal yürüş vasitəsilə uşaq əməyinin dayandırılmasına regional yanaşmanın tərəfdarı olub.

Banqladeşdə BHİK-Asiya-Sakit Okean Təşkilatının dəstəyi ilə həmkarlar ittifaqları iş və xilasetmə missiyaları təşkil etməklə, daha sərt qaydalar və effektiv icraya dəstək verməklə uşaq əməyinin aradan qaldırılmasını sürətləndirmək üçün güclərini birləşdirdi.

ABŞ-də təhlükəli iş yerlərində şirkətlər tərəfindən immiqrant uşaqların istismarının artması AFL-CIO-nu uşaq əməyindən sui-istifadənin qarşısını almaq və işəgötürənləri daha sərt cəzalar vasitəsilə məsuliyyətə cəlb etmək üçün güclü qanunlar tələbini yeniləməyə sövq etdi.

Hollandiyada CNV və FNV Hollandiya şirkətləri ilə beynəlxalq miqyasda məsuliyyətli biznes davranışına dair razılaşmalar vasitəsilə təchizat zəncirlərində uşaq əməyinin aradan qaldırılması üçün fəal şəkildə çalışırlar. Onların üzv təşkilatları həmçinin uşaq əməyindən azad zonaların yaradılmasında Asiya və Afrikadakı həmkarlar ittifaqlarını dəstəkləyir.

Luk Triangl bildirib ki, işçilər layiqli əməkhaqqı və adekvat sosial müdafiə uğrunda mübarizəyə davam etdikcə, biz uşaq əməyinin nəticələrinin şahidi olmağa davam edəcəyik. Biz bütün işçilər üçün layiqli əməkhaqqında Yeni Sosial Müqavilə istəyirik ki, valideynlər yaxşı yaşaya bilsinlər və uşaqlar məktəbə getsinlər. Bu islahatlara nail olmaq üçün bizə hər bir iş yerində demokratiya lazımdır ki, işçilər həmişə söz sahibi olsunlar.

Korporativ tamahkarlığa son qoymaq uşaq əməyinə son qoymaq üçün vacibdir. Bu, qlobal təchizat zəncirlərində lazımi diqqətin təmin edilməsi və xüsusilə uşaq əməyinin 70 faizindən çoxunun istifadə edildiyi kənd təsərrüfatında işçilərin və uşaqların istismarına görə müəssisələrin məsuliyyət daşıması deməkdir.

Biz bütün ölkələri “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” BƏT-in 182 saylı Konvensiyasının icrasını təkmilləşdirməyə və “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 saylı Konvensiyasını ratifikasiya etməyə çağırırıq.

Hökumətlər həmçinin 2024-cü ilin sentyabr ayında DİM-in Gələcəyi Sammitində qəbul ediləcək qərarlardan məcburi əməyə, müasir köləliyə və insan alverinə son qoymaq və uşaq əməyinin bütün formalarının aradan qaldırılması səylərini sürətləndirmək üçün istifadə etməlidir.

ETİKETLƏR: