Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni təşkilat təsis olundu

Bu maddəni nəzərə alaraq müəssisəmizdə həmkarlar ittifaqı təşkilatının yaradılmasını məqsədəuyğun sayıram.

06.10.2021 10:29
21
A+
A-

“Metal-İş” Hİ Federasiyasında “Safetu Qualitication Advisory Group” (SQA) MMC-nin həmkarlar ittifaqı təşkilatının təsis iclası keçirilib.

İclasda çıxış edən MMC-nin direktoru Feyzulla Əsədov deyib ki, kollektivin 15 nəfər üzvü həmkarlar ittifaqı təşkilatının təsis olunması barədə təşəbbüslə çıxış etmişdir. Bildiyiniz kimi, “Həmkarlar ittifaqı haqqında” qanunun 3-cü maddəsinə əsasən, işçilər öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqı yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial-iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqı sıralarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

Bu maddəni nəzərə alaraq müəssisəmizdə həmkarlar ittifaqı təşkilatının yaradılmasını məqsədəuyğun sayıram.

Digər çıxışlarda da işçilərin öz əmək və sosial-iqtisadi hüquqlarının birgə müdafiəsi naminə həmkarlar ittifaqı sıralarında təşkilatlanmanın böyük əhəmiyyət daşıdığı qeyd edildi.

Sonra təşkilati məsələlərə baxıldı. Həmkarlar İttifaqı Komitəsinin təsis olunması yekdilliklə bəyənildi. Təşkilatın rəhbər və nəzarət-təftiş orqanları seçildi. Sədr vəzifəsində Simur Əbdürəhimovun namizədliyi irəli sürüldü və müdafiə olundu.

Qərara alındı ki, “Metal-İş” Hİ Federasiyasına yeni təsis olunmuş HİK-i üzv təşkilat kimi qəbul etməsi barədə müraciət hazırlanıb göndərilsin.

Tədbirdə “Metal-İş” Hİ Federasiyasının sədri Bəkir Yusifov çıxış etdi, yeni təşkilata fəaliyyətində uğurlar arzuladı.

ETİKETLƏR: