Kompensasiya tələb edirlər
.
Fransada taksi sürücülərinin üzv olduqları həmkarlar ittifaqı təşkilatları (FNAT, FNDT, FNTI, UNT, UNIT) Olimpiya Oyunları zamanı tətbiq edilən və əvvəllər də qüvvədə olan məhdudiyyətlərə görə kompensasiya tələb edirlər. Və bu tələblə ölkənin Nəqliyyat Nazirliyinə müraciət ünvanlanıb. Onların hesablamalarına görə, problem 2024-cü ilin martında başlayıb və oktyabr ayına qədər davam edəcək.
Qeyd olunur ki, Parisdə Olimpiadanın açılışına bir həftə yarım qalmış olimpiya obyektlərinin tikildiyi ərazilərdə nəqliyyatın məhdudlaşdırılması və təhlükəsizlik perimetrləri daxilində taksi dayanacaqlarına qoyulan qadağa səbəbindən taksi şirkətlərinin gəlirləri 40-50% azalıb.
Sürücülər onlara dəyən ziyan səbəbindən maddi təzminat almaq istəyirlər. Bundan əlavə, Olimpiada zamanı tətbiq edilən məhdudiyyətlərdən Marseldəki taksi sürücüləri də əziyyət çəkib, çünki tıxac səbəbindən turistlər bu şəhərə səyahət etmək istəməyiblər.