Azərbaycan Bayrağını dalğalandırıb
.
Avqustun 1-də Azərbaycan alpinistləri Tacikistanda Pamir dağ silsiləsində yerləşən Ozadi zirvəsinə (keçmiş Korjenevskaya zirvəsi) qalxıblar. Qeyd edək ki, Ozadi zirvəsi (7105 metr) alpinizm dünyasında çox məşhur və çətin dağlardan sayılır.
Zirvə yürüşündə həmkarlar ittifaqlarının “Alpinist-Turist” İdman Klubunun üzvü Sirxan Məmmədov da iştirak edib. Yürüş çətin hava şəraitində həyata keçirilib. Alpinistlər güclü küləyə və qara baxmayaraq, zirvəyə qalxa biliblər. Ozadi zirvəsini fəth edən təcrübəli alpinist orada Azərbaycan Bayrağını qaldırıb.