Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Anım Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Anım Günü münasibətilə tədbir keçirilib.

06.10.2021 10:38
9
A+
A-

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Anım Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan yığıncağı AMEA-nın akademik-katibi, institutun baş direktoru, akademik Arif Həşimov açaraq Azərbaycan xalqının bu haqq savaşında cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləyib. Qeyd edib ki, məhz Prezident İlham Əliyevin komandanlığı, müəyyənləşdirdiyi strategiya və taktika ilə ordumuz tərəfindən torpaqlarımız düşmən işğalından azad olundu. Akademik Arif Həşimov şəhidlərimizin qanı bahasına qazandığımız qələbəni gələcək nəsillərə ötürməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Baş direktor həmçinin Fizika institutunda şəhidlərin xatirəsini əbədiləşdirmək üçün görülən işlərdən də bəhs edib. Diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlardan biri müəssisənin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynovanın şəhidlərimizə həsr olunmuş “Fatehlər” kitabının nəşr edilməsidir.

Sonra İnstitutun rəhbərliyi, kollektiv üzvləri və həmkarlar ittifaqı komitəsinin işçiləri İkinci Şəhidlər xiyabanını ziyarət etmişlər.

ETİKETLƏR: