1 qızıl və 1 bürünc medal qazanıblar
.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nəzdində olan “Pəhləvan” Respublika İdman Klubunun yetirməsi Turan Daşdəmirov (51 kq.) İordaniyanın Əmman şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatında qızıl medal qazanıb. Turan Daşdəmirov finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Yunan-Roma güləşçimiz karyerası boyunca iştirak etdiyi bütün Avropa və dünya çempionatlarının finalına yüksələrək iki dəfə dünya, üç dəfə Avropa çempionu olub. Məşqçi-müəllimi Akif Əliyevdir.
İdman Klubunun sərbəst güləşçisi Hüseyn Hüseynov (məşqçi-müəllimi Hüseyn Şəmilov) isə güləş üzrə U-17 dünya çempionatında bürünc medal qazanıb.