Atasının adına layiq övlad olacaq
.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin əməkdaşları şəhid kapitan Vüsal Quliyevin ailəsinin qonağı olublar. Şəhidin qız övladı Rüqəyyanın doğum gününü doğmaları ilə birlikdə keçiriblər. Rüqəyyanı doğum günü münasibətilə təbrik ediblər, onu gətirdikləri hədiyyələrlə sevindiriblər.
Həmkarlar ittifaqı komitəsinin əməkdaşları şəhid kapitan Vüsal Quliyevin ailəsinin problemləri və istəkləri ilə maraqlanıblar.
İnandıqlarını bildiriblər ki, Rüqəyya xanım atasına layiq övlad olacaq, əsl vətənpərvər kimi yetişəcək.