Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Birincilərin birinci görüşü

Görüşün sonunda Akademiyanın əməkdaşı Hikmət Mirzəyev tərəfindən tələbələrə “Microsoft Teams” proqramında “online” dərslərin keçirilməsi ilə bağlı təlimat verildi.

06.10.2021 10:53
5
A+
A-

Sentyabrın 28-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında I tədris ili tələbələri və onların valideynləri ilə görüş olub. Görüş karantin qaydalarına tam əməl olunmaqla həyata keçirildi. Görüşdə öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edildi.

 Akademiyanın rektoru, professor Hüseyn Qaraşov görüşü açaraq, tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara bu təhsil ocağının tarixi haqqında məlumat verdi. Tələbələrin və valideynlərin sualları ətraflı cavablandırıldı.

Görüşün sonunda Akademiyanın əməkdaşı Hikmət Mirzəyev tərəfindən tələbələrə “Microsoft Teams” proqramında “online” dərslərin keçirilməsi ilə bağlı təlimat verildi. Sonra tələbələr fakültələrlə, kafedralarla və kitabxana ilə tanış oldular.

 

ETİKETLƏR: