Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yüksək bal toplayan metropolitençi övladları mükafatlandırıldı

Qürur hissi yaşayan valideynlər “Bakı Metropoliteni” QSC və MİHİ rəhbərliklərinə təşəkkürlərini bildirdilər.

06.10.2021 10:54
3
A+
A-

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ), ənənəyə sadiq qalaraq, bu il də metropolitençi ailələrin yüksək balla ali məktəblərə daxil olmuş övladları ilə görüş keçirib. Builki imtahanlarda 7 metropolitençi ailəsinin üzvü 600 və daha çox bal toplayıblar.

QSC-nin Təlim-tədris mərkəzində keçirilən görüşdə MİHİ sədri Arif Mərdanov QSC sədri Zaur Hüseynovun və öz adından tələbələri, eləcə də valideynləri səmimi-qəlbdən təbrik edib. Gənclərə təhsildə və həyatda uğurlar arzulayıb.

Çıxış edənlər metropolitençi valideynləri və övladlarını yüksək nəticə ilə ali məktəblərə qəbul olmaları münasibətilə təbrik etdilər, ən xoş arzularını çatdırıblar.

Qürur hissi yaşayan valideynlər “Bakı Metropoliteni” QSC və MİHİ rəhbərliklərinə təşəkkürlərini bildirdilər. Tələbə adını qazananlara dəyərli hədiyyələr və mükafatlar təqdim edildi.

Tədbirin yekununda tələbələr Təlim-tədris mərkəzində yaradılmış guşələrlə tanış olublar. Onlara müəssisə, habelə valideynlərinin çalışdığı sahələr barədə ətraflı məlumatlar təqdim edilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

ETİKETLƏR: