Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qaliblərlə görüş

Tədbirin sonunda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar və Respublika Fənn Olimpiadasının qaliblərinə TİAHİ Şəki Rayon Komitəsinin hədiyyələri təqdim olunub.

06.10.2021 10:58
13
A+
A-

Şəki şəhərində 2020-2021-ci tədris ilinin yekunlarına görə yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olmuş abituriyentlər və Respublika Fənn Olimpiadasında yer tutmuş şagirdlərlə görüş keçirilib.

Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova və TİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva və başqaları məzun və qalibləri təbrik etmiş, onlara gələcək həyatlarında  daha böyük uğurlara imza ataraq vətənin layiqli övladları olmağı tövsiyə etmişlər. Tədbirdə ən yüksək bal toplayan (669,6 bal) şəhər 18 №-li tam orta məktəbin məzunu Nizaməddin İsrafilli abituriyentlər adından çıxış edərək müəllim kollektivinə və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Tədbirin sonunda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar və Respublika Fənn Olimpiadasının qaliblərinə TİAHİ Şəki Rayon Komitəsinin hədiyyələri təqdim olunub.

ETİKETLƏR: