Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhidlər And Yerimiz və Qürurumuzdur

27 Sentyabr- Anım Günü ilə əlaqədar rayon komitəsi I və II Qarabağ döyüşlərində övladları şəhid olmuş 17 nəfər təhsil işçisinin evlərinə baş çəkmiş, onların vəziyyətləri ilə maraqlanmış və ərzaq bağlamaları təqdim etmişdir.

06.10.2021 11:04
15
A+
A-

TİAHİ Şəki Rayon Komitəsi xidmətində olan təşkilatlarda çalışan şəhid ailələri, qazi və veteranları daim diqqət mərkəzində saxlayır. II Qarabağ savaşından sonra rayon komitəsi bu ənənənin davamı olaraq 4 nəfər şəhid ailəsinə, 31 nəfər müharibə iştirakçısına və övladları müharibədə iştirak etmiş 117 nəfər təhsil işçisinə maddi və mənəvi dəstəyini göstərmişdir. 27 Sentyabr- Anım Günü ilə əlaqədar rayon komitəsi I və II Qarabağ döyüşlərində övladları şəhid olmuş 17 nəfər təhsil işçisinin evlərinə baş çəkmiş, onların vəziyyətləri ilə maraqlanmış və ərzaq bağlamaları təqdim etmişdir. Həmçinin Anım Günü ilə əlaqədar üzv təşkilatlarının sədrləri ilə birlikdə Qarabağ savaşında şəhid olmuş Vətən övladlarının qəbirləri ziyarət edilmiş, ehtiramla yad edilmiş və qəbirlərinin üzərinə gül dəstələri qoyulmuşdur.

 

ETİKETLƏR: