Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial dialoq çərçivəsində iştirak etməyə hazırdırlar

Təşəbbüs BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində COVID-19-a qarşı mübarizəyə həsr edilmiş Qlobal sammitdə irəli sürülüb.

06.10.2021 11:07
3
A+
A-

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK)  BMT-nin Baş katibi Antonio Quterriş tərəfindən iş yerləri və sosial müdafiə ilə bağlı elan edilən təşəbbüsü  alqışlayır.

Təşəbbüs BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində COVID-19-a qarşı mübarizəyə həsr edilmiş Qlobal sammitdə irəli sürülüb.

İclasda çıxış edən BHİK-in Baş katibi Şaran Barrou bildirib ki, bu təşəbbüs bu gün qarşılaşdığımız və gələcəkdə qarşılaşacağımız sarsıntılara qarşı adekvat olacaq və işçilər arasında inam və ümidi bərpa etməyə kömək edəcəkdir.

Qlobal təşəbbüsün prioritetləri həmkarlar ittifaqlarının insan yönümlü bərpa və dayanıqlılığı təmin etmək üçün yeni ictimai müqaviləyə dair tələblərinə əsaslanır.

Ş.Barrou çıxışında yeni ictimai müqavilə çərçivəsində tədbirlərin maliyyələşdirilməsi üçün resursların həqiqətən mövcud olduğunu, lakin lazımi səviyyədə istifadə edilmədiyini vurğulayıb. Beş prioritet istiqamət irəli sürülüb ki, onlar aşağıdakılardır:

-Xüsusi borcalma hüquqlarının yenidən bölüşdürülməsi birinci dərəcəli əhəmiyyət kəsb edir. Beynəlxalq Valyuta Fondu tərəfindən verilən 650 milyard dolların yalnız 275 milyard dolları inkişaf etməkdə olan ölkələrə, 21 milyard dolları isə aşağıgəlirli ölkələrə göndəriləcək. Zəngin ölkələr səhmlərin mübadiləsini dəstəkləməlidir.

-Beynəlxalq maliyyə institutlarının kreditləşdirilməsi siyasətinə daxil edilmiş DİM-ə əsaslanan ortagəlirli ölkələr və “müsbət şərtlər” də daxil olmaqla, borcun restrukturizasiyası və ləğvi ilə borc yükünün yüngülləşdirilməsi üçün şəffaf quruluşa ehtiyac var.

-İnkişaf etmiş dünyaya cari likvidlik infuziyası zamanı inkişafın rəsmi yardımı inkişaf etməkdə olan ölkələrə ictimai nemətlərin bərpa olunmasına kömək etmək üçün artırıla bilər. Eyni şəkildə, qlobal sosial müdafiə fondu vasitəsilə sosial müdafiənin dəstəklənməsi üçün ayrılan inkişafın rəsmi yardımının faizi dayanıqlılıq üçün vacibdir.

-Vergitutma üzrə daha sıx çoxtərəfli əlaqələndirmə lazımdır. Vergidən yayınmanın aradan qaldırılması və transmilli şirkətlər üçün minimum qlobal vergi dərəcəsinin müəyyən edilməsi üzrə Böyük Yeddiliyin ilkin müsbət addımı fundamental, mütərəqqi milli vergi sistemləri ilə birlikdə əsasdır.

-İnsanları və planeti təhdid edən böhranların qarşısının alınması ilə məşğul olacağıqsa, bütün investisiyalar ətraf mühitə, davamlılığa və idarəçiliyə yönəldilməlidir.

Həmkarlar ittifaqları bu öhdəlikləri 2030-cu ilə qədər olan dövr üçün gündəliyin həyata keçirilməsində konkret tərəqqiyə çevirmək məqsədilə sosial dialoq çərçivəsində iştirak etməyə hazırdırlar.

 

ETİKETLƏR: