Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətillər filmlərin istehsalını ləngidə və ya tamamilə dayandıra bilər

“Biz bütün sahələrdə daha çox layiqli əmək şəraiti tələb etmək üçün bir yerdəyik, -deyə  İATSE-nin prezidenti Metyu Leb bildirib.

06.10.2021 11:08
3
A+
A-

Televiziya və kino məhsullarının istehsalı ilə məşğul olan minlərlə işçi əməkhaqqının az olmasından, çəkiliş meydançasında təhlükəsizlik tədbirlərinin görülməməsindən və ağır iş qrafikindən şikayətlənir. “TechCrunch” hesab edir ki, əgər tətilin keçirilməsi üçün həmkarlar ittifaqının səsverməsi uğurlu olarsa, “Netflix”, “Disney+”və “Apple TV”-də tətillər filmlərin istehsalını ləngidə və ya tamamilə dayandıra bilər. Teatr Səhnəsi İşçilərinin Beynəlxalq Alyansının (İATSE) açıqladığı kimi, problem 2009-cu ilin razılaşmasından qaynaqlanır. Bu, “Netflix” kimi şirkətlərin yalnız orijinal tamaşalarla məşğul olmağa başladıqları və mövcud studiyalar kimi infrastruktur və işçi qüvvəsi olmadığı bir dövrdə bağlanmışdır. O zaman” yeni media “çəkiliş meydançasında əmək hüququ məsələlərində” daha çox çeviklikdən “ istifadə etməyə imkan verdi. Lakin 2009-cu il razılaşmasının müvəqqəti olacağı və şirkətlərdə iqtisadi vəziyyət dəyişdikdən sonra yenisi ilə əvəz olunacağı gözlənilirdi. Həmkarlar ittifaqının fikrincə, bu vaxt yetişib. Adları çəkilən şirkətlərin işçiləri digər film şirkətləri və mediada olan bir çox zəmanət və hüquqlara malik deyillər.     İATSE ilə kinoprodüserlər və teleprodüserlər ittifaqı arasında danışıqlar dalana dirənib və həmkarlar ittifaqı öz üzvlərini tətilin başlanmasına səs verməyi rəsmən xahiş edib. Səslər hesablanarkən əksəriyyət etiraz aksiyasına tərəfdar olsa, rəhbərliyin bir seçimi olacaq: ya həmkarlar ittifaqı ilə razılaşmaq, ya da film və serialların çəkilişini dayandırmaq.

“Biz bütün sahələrdə daha çox layiqli əmək şəraiti tələb etmək üçün bir yerdəyik, -deyə  İATSE-nin prezidenti Metyu Leb bildirib.

ETİKETLƏR: