Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rəqabət qabiliyyətini artıracaq

2021-ci ilin mart ayında “Volkswagen” konserni idarəetmə strategiyasını dəyişdiyini, bununla əlaqədar olaraq Almaniyada 4 min iş yerini ixtisar etmək niyyətində olduğunu bildirdi.

06.10.2021 11:11
5
A+
A-

Almaniyda  “Volkswagen” həmkarlar ittifaqının rəhbəri Daniela Cavallo 2024-cü ildə Volfsburqdakı avtomobil zavodunda elektrik avtomobillərin istehsalına başlamağa çağırır. Həmkarlar ittifaqı lideri hesab edir ki, elektrik  avtomobillərin istehsalı rəqabət qabiliyyətini artıracaq. Həmçinin fabrik işçiləri də işlə təmin olunacaq. COVID-19 pandemiyasına görə tətbiq olunan karantin məhdudiyyətləri və elektron komponentlərin qlobal çatışmazlığı səbəbindən “Volkswagen” fabriklərində istehsal kəskin şəkildə aşağı düşüb, müəssisələr azaldılmış qrafiklə işləyir. Şirkət yalnız 2026-cı ildə Volfsburqda elektrik avtomobillərin istehsalına başlamağı planlaşdırır.

2021-ci ilin mart ayında “Volkswagen” konserni idarəetmə strategiyasını dəyişdiyini, bununla əlaqədar olaraq Almaniyada 4 min iş yerini ixtisar etmək niyyətində olduğunu bildirdi. Şirkət  planın işçilərin nümayəndələri ilə razılaşdırıldığını söyləyib. Lakin neçə işçinin qismən təqaüd təklifini qəbul edə biləcəyi ilə bağlı dəqiq rəqəmlər verilməyib. Proqramın Almaniyada təxminən 120 min insanın çalışdığı altı “Volkswagen” zavodunda həyata keçirilməsi planlaşdırılır.

ETİKETLƏR: