Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmkarlar ittifaqlarını narahat edən məsələlər

Həmkarlar ittifaqları kollektiv olaraq cəmiyyətin bütün təchizat zəncirini, bütün fəaliyyət və işgüzar münasibətləri əhatə edən məcburi, hərtərəfli və effektiv insan hüquqlarının müəyyən edilməsi üzrə Avropa direktivini qəbul etməyə çağırıb.

06.10.2021 11:21
5
A+
A-

Sentyabrın 30-da Avropa həmkarlar ittifaqları federasiyalarının (EFFAT, EPSU, IndustriAll Europe, UNI Europa, ETUC və digərləri) aparıcı nümayəndələri Avropa İttifaqının daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton ilə görüşüblər. Görüşdə davamlı korporativ idarəetmə və insan hüquqlarının pozulması ilə bağlı həmkarlar ittifaqlarının narahatlığı ifadə olunub.

Avropada 25 milyon işçini təmsil edən həmkarlar ittifaqı təşkilatları şirkətin təchizat zəncirində korporativ davranışın şəffaflığını və hesabatlılığını təşviq etmək üçün qanunvericilik təşəbbüsünə güclü dəstəyini göstərib.

Belə kompleks yoxlamanın əhəmiyyətli tələblərinə / standartlarına kəskin ehtiyacın nümayiş etdirilməsi üçün verilən nümunələr sırasında Almaniyanın “Fresenius” qlobal səhiyyə korporasiyası və Amerikanın “McDonald’s fast food” nəhəngi də var idi. “Fresenius”-da korrupsiya, həmkarlar ittifaqlarının ləğvi  və işçilərin hüquqlarının pozulması, həmçinin “McDonald’s”-da insan hüquqlarının sistematik pozulması, səhiyyə, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində standartların gözlənilməməsi  mühüm səbəblər adlandırılmışdır.

Həmkarlar ittifaqları kollektiv olaraq cəmiyyətin bütün təchizat zəncirini, bütün fəaliyyət və işgüzar münasibətləri əhatə edən məcburi, hərtərəfli və effektiv insan hüquqlarının müəyyən edilməsi üzrə Avropa direktivini qəbul etməyə çağırıb. Təşəbbüsün yenidən təxirə salınmasının, sadəcə, qəbuledilməz olduğu bildirilib.

Həmkarlar ittifaqlarının çağırışında deyilir:

-AB qanunlarına ciddi riayət etmək. Qanun pozuntuları halında, müştərilər, icmalar, işçilər, həmkarlar ittifaqları və digər maraqlı üçüncü tərəflər də daxil olmaqla, qurbanlara təsirli vasitələr təqdim edilməlidir. Direktiv, şirkətlərin dövlət satınalmaları və dövlət maliyyələşdirməsindən istisnalar da daxil olmaqla, öhdəliklərini pozduqları üçün mütənasib, təsirli və çəkindirici sanksiyalar təyin etməlidir.

-Həmkarlar ittifaqlarının milli və beynəlxalq səviyyədə lazımi araşdırma prosesinin bütün mərhələsinə daxil edilməsi. Direktiv işçilərin, həmkarlar ittifaqlarının və işçilərin nümayəndələrinin şirkətlərdə rolunu tam şəkildə tanımalıdır. Təşəbbüsə sosial tərəfdaşlar cəlb olunmalıdır.

- Birləşmə azadlığı, kollektiv danışıqlar və tətillər də daxil olmaqla, kollektiv fəaliyyət üçün əsas hüquqların əhəmiyyətinin tanınması.

-Ədalətli vergitutma prinsiplərinin tətbiqi. Direktiv vergidən yayınma, aqressiv vergi planlamasına əsaslanan qlobal təchizat zəncirlərinin tətbiqinin qarşısını almalıdır.

-Törəmə şirkətlərin daxil edilməsi. Müvafiq araşdırmanın əhatə dairəsi ana şirkətin törəmə və subpodratçıları ilə məhdudlaşmamalı, eyni zamanda françayzinq şəbəkələrinə də tətbiq olunmalıdır.

Həmkarlar ittifaqları bəyan ediblər ki,  Avropa insan hüquqlarının, həmkarlar ittifaqlarının və işçilərin hüquqlarının təmin edilməsi üçün lazımi tədbirlərin görülməsini artıq gözləyə bilməyəcəklər. 

ETİKETLƏR: