Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni nəşrlər ticarət siyasəti ilə layiqli əmək arasındakı əlaqəni gücləndirir

“Ticarətin dayanıqlı inkişafı, layiqli əməyi və sosial ədaləti təmin etməsi üçün işçi qüvvəsinə və inklüzivliyə təsiri edən ticarət siyasətinin işlənib hazırlanması vacibdir. Buna görə müxtəlif ölkələrdə ticarət siyasətinin qiymətləndirilməsinə layiqli əmək məqsədlərinin daxil edilməsini davam etdirməliyik”.

06.10.2021 11:22
11
A+
A-

Beynəlxalq Əmək Təşkilatı (BƏT) ticarətin əmək bazarına təsirinin insan mərkəzli bir yanaşma ilə daha əhatəli və real təhlili üçün hazırlanmış iki yeni nəşr təqdim edib. “Ticarət və Layiqli Əmək” adlı vəsaitdə ticarət və layiqli əməklə bağlı araşdırmaları dəstəkləmək üçün analitik vasitələr yer alıb. Yeni nəşr olunmuş təlimatda BƏT-in layiqli əmək proqramının dörd sütunu olan - əmək, məşğulluq, sosial müdafiə və sosial dialoq sahəsində hüquqların göstəricilərini özündə birləşdirir. Ondan həmçinin ticarət və əmək bazarları arasındakı qarşılıqlı əlaqəni qiymətləndirmək üçün istifadə edilə bilər. Ticarət və layiqli əmək üzrə təlimat ticarətin layiqli əməyin müxtəlif aspektlərinə təsirinin qiymətləndirilməsi metodologiyasını da əks etdirir.

BƏT-in Baş direktorunun siyasi məsələlər üzrə müavini Marta Nyuton bu iki nəşrdən danışarkən deyib: “Ticarətin dayanıqlı inkişafı, layiqli əməyi və sosial ədaləti təmin etməsi üçün işçi qüvvəsinə və inklüzivliyə təsiri edən ticarət siyasətinin işlənib hazırlanması vacibdir. Buna görə müxtəlif ölkələrdə ticarət siyasətinin qiymətləndirilməsinə layiqli əmək məqsədlərinin daxil edilməsini davam etdirməliyik”.

ETİKETLƏR: