Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gender zorakılığı ilə mübarizə

Layihənin ilkin nəticələri göstərir ki, üçüncü şəxslər tərəfindən zorakılıq hallarının sayı COVID-19 pandemiyası zamanı artıb.

06.10.2021 11:25
16
A+
A-

“Təhsildə şiddətin qarşısının alınması ETUCE üçün prioritetdir və xüsusilə gender əsaslı zorakılıq ilə mübarizə əsas problem olaraq qalmaqda davam edir. Axı müəllimlər, elmi işçilər və digər təhsil işçiləri üçün təhlükəsiz və sağlam bir iş mühiti eyni zamanda şagirdlər üçün sağlam və təhlükəsiz bir təhsil mühiti deməkdir”. Bunu Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) direktoru Suzan Floken deyib.

Xatırladaq ki, sentyabrın 24-də təhsil işçiləri həmkarlar ittifaqlarının iş yerlərində gender zorakılığının və təcavüzün qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün sektorlararası sosial tərəfdaşlarla onlayn görüşü keçirib. Tədbir ETUCE, CEMR, HOSPEEM, CESİ, EUPAE, ETF, UITP,  ETNO və Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Birliyinin (EPSU) əməkdaşlığı ilə “Üçüncü şəxslər tərəfindən zorakılıq və təcavüzün qarşısının alınmasında sosial tərəfdaşların rolu” adlı sektorlararası sosial dialoq layihəsi çərçivəsində təşkil edilib. Layihə üçüncü şəxslər tərəfindən iş yerində zorakılıq və təcavüzün qarşısının alınmasında sosial tərəfdaşların roluna diqqət yetirir və mübarizə üçün prinsiplərin yenidən nəzərdən keçirilməsinə zəmin yaradır.

Görüş zamanı Beynəlxalq Əmək Təşkilatının, Avropa Komissiyasının nümayəndələri və gender bərabərliyi məsələləri üzrə mütəxəssislər gender əsaslı zorakılığın qarşısının alınması, ailədə zorakılıq və əmək şəraiti arasındakı əlaqə ilə bağlı təcrübələrini bölüşüblər.

Layihənin ilkin nəticələri göstərir ki, üçüncü şəxslər tərəfindən zorakılıq hallarının sayı COVID-19 pandemiyası zamanı artıb. Tədqiqat iştirakçıları həmçinin üçüncü tərəflərin zorakılığının onların işinin keyfiyyətinə təsir etdiyini də bildiriblər.

Məlumatlar göstərir ki, qadınların 40 faizi karyerası ərzində məişət zorakılığı və kobud rəftar ilə üzləşir. Bundan başqa, iş yerlərində qadınların qətllərinin, təqiblərin və kiber təhlükələrin sayının artması işləyən qadınların sağlamlığının və əməyin təhlükəsizliyinin köklü surətdə qorunmasının vacibliyini göstərir. Həmçinin COVID-19 pandemiyası zamanı vəziyyət əhəmiyyətli dərəcədə pisləşib.Təhsil işçilərinin həmkarlar ittifaqları qeyd edib ki, bu tendensiyalar qadınların ümumi işçi qüvvəsinin 73 faizini təşkil edən təhsil sektoru üçün xüsusilə aktualdır.

Buna görə də iştirakçılar layiqli əmək şəraiti və əməkhaqqı, eləcə də etibarlı sosial müdafiə daxil olmaqla, daha təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına çağırıblar.

 

ETİKETLƏR: