Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müəllimlər peşə bayramlarını II Qarabağ müharibəsinin  iştirakçıları ilə keçirdilər

Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.

06.10.2021 11:28
9
A+
A-

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Şamaxı rayonunda İkinci Qarabağ savaşında iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova, Rayon Təhsil Şöbəsinin müdiri Məsud Babayevin də iştirak etdiyi tədbir TİAHİ Şamaxı Rayon Komitəsi tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edənlər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb, İkinci Qarabağ savaşında iştirak etmiş rayon təhsil işçilərinin şücayətlərindən bəhs ediblər. Tədbirin sonunda iştirakçılara Rayon Komitəsinin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.

 

Sabirabad rayonunda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü qeyd olunub. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad Rayon Komitəsinin təşkil etdiyi tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçısı olan rayon təhsil işçiləri iştirak edib. Tədbirdə iştirakçılara Rayon Komitəsinin Fəxri fərmanları və mükafatlar təqdim olunub. Tədbirdə qeyd olunub ki, rayonda təhsil işçilərinin, xüsusən də müharibə iştirakçısı olmuş təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində iş aparılır, onlarla vaxtaşırı görüşlər keçirilir.

Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.

 

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham  Əliyevin rəhbərliyi ilə cəsur ordumuzun əldə etdiyi qələbə Azərbaycan tarixinə şərəfli salnamələr yazdı. Bu qələbədə şəhidlərimizin, sağlamlığını itirmiş qazilərimizin misilsiz rolu danılmazdır. Qələbə sevincinə bir gözü gülsə də, övlad nisgili ilə bir gözü ağlayan şəhid analarının, atalarının, əzizlərinin yanında olmaq, onlara qayğı göstərmək hər bir vətəndaşın, hər bir təşkilatın müqəddəs borcudur. Bu müqəddəs borcun daşıyıcılarından biri də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsidir. Komitə müharibə başlayan gündən dəfələrlə döyüş bölgəsində olmuş, müharibədə iştirak edən əsgərlərin ailələrinə müntəzəm baş çəkmiş, onlara müvafiq dəstək, maddi köməkliklər etmişdir. Şəhidlərin dəfninin təşkili, qazilərə dayaq əsas vəzifələrimizdən olmuşdur.

Anım Günü ərəfəsində Rayon İcra Hakimiyyətinin köməkliyi, rayon komitəsinin maddi vəsaiti hesabına 50 nəfərdən ibarət şəhid  ailəsinin Bakı şəhərinə Hərbi Qənimətlər Parkına ziyarəti təşkil edildi. Şəhid ailələri əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib üzərinə gül dəstəsi qoyaraq ona öz ehtiramlarını bildirdilər. Sonra Şəhidlər xiyabanına gəldilər. Şəhid oğullarımızın, qızlarımızın, 1918- ci ildə Azadlıq mübarizəmizdə torpaqlarımız uğrunda döyüşlərdə canını fəda etmiş türk qardaşlarımızın, II Fəxri xiyabanda uyuyan general Polad Həşimovun və digər qəhrəmanların məzarlarını ziyarət etdilər. Daha sonra Hərbi Qənimətlər Parkına gələrək öz övladlarının ruhu ilə həmsöhbət oldular. Şəhid ailələri birgünlük  ziyarətdən çox məmnun olduqlarını bildirdilər.

Bunlardan əlavə, rayon komitəsi şəhid müəllim Famil Əhmədzadənin və digər şəhidlərin ad günlərini təntənəli şəkildə keçirməyi ənənəyə çevirib.

 

ETİKETLƏR:

Foto