Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 “Ən yaxşı natiqlər” adına layiq görülüblər

Ümumilikdə 42 nəfərin iştirak etdiyi turnirdə 11 natiq fərqlənərək “Ən yaxşı natiqlər” adına layiq görülüb.

20.10.2021 10:17
34
A+
A-

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Debat Klubu tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş XXI daxili turnir keçirilib.

Turnirin açılış mərasimində çıxış edən universitetin THİK sədri Elvin Kərimli və  THİK-in Debat Klubunun sədri Məhəmməd Məmmədov Müstəqilliyin Bərpası Günü, onun tarixi haqqında məlumat verib, bu münasibətlə keçirilən yarışma barəsində danışaraq iştirakçılara uğurlar arzulayıblar.

14 komandanın iştirakı ilə keçirilən turnirdə birinci yeri  “Yada Sal Məni” komandası tutub.

Ümumilikdə 42 nəfərin iştirak etdiyi turnirdə 11 natiq fərqlənərək “Ən yaxşı natiqlər” adına layiq görülüb.

ETİKETLƏR: