Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Aydın və yüksək səslə demək istəyirik: həmkarlar ittifaqı kor deyil”

Son bir neçə gün ərzində Avropanın əksər ölkələrində həmrəylik nümayişləri keçirilir.

20.10.2021 10:40
3
A+
A-

Avropa həmkarlar ittifaqının sükanı arxasında bir italiyalı olaraq, mənim üçün bu meydanda Avropada çalışan bütün işçilərin dəstəyini ifadə etmək  böyük şərəfdir.

Son bir neçə gün ərzində Avropanın əksər ölkələrində həmrəylik nümayişləri keçirilir.

Avropa həmkarlar ittifaqı hərəkatı, “CGIL”ə və eləcə də bütün İtaliya həmkarlar ittifaqına edilən hücuma qarşı bir mövqe nümayiş etdirir.

Hər şeyi öz adı ilə adlandırmalıyıq, bu, demokratiyanın simvollarından biri olan həmkarlar ittifaqına qarşı faşist  hücumu idi. Həmkarlar ittifaqı yarandığı gündən müasir demokratiyaların qurulmasına öz töhfəsini vermişdir. Nasist faşizmə qarşı müqavimətdə və diktaturaya qarşı üsyanda fəal iştirak edib.

Təsadüfi deyil ki, müəyyən pozucu qrup dəstələr baş qaldıranda ilk növbədə demokratiyanın simvolları olan azad mətbuata və həmkarlar ittifaqı hərəkatına təzyiq göstərilir.

Bütün Avropada ultrasağçı hərəkatlar bizim cəmiyyətlərin əsas dəyərlərini pozmaq üçün pandemiyadan və insanların qorxusundan istifadə edir.

Dünənə qədər onların hədəfləri miqrantlar, ən həssas insanlar olub - bu gün vaksinlərdir və ictimai sağlamlığı qorumaq, işə qayıtmaq, iqtisadiyyatımızı yenidən başlatmaq və cəmiyyətlərimizi qorumaq üçün lazım olan tədbirlərdir.

Bu gün, keçmişdə olduğu kimi, populist və son dərəcə sağçı hərəkatlar fəhlələrin diskomfortundan, təcriddən və sosial qəzəbdən istifadə etməyə, işçiləri bir-birinə qarşı qoymağa, onların uydurma niyyətlərini artırmağa, azad həmkarlar ittifaqının əsas maneələrdən biri olduğu avtoritar model qurmağa çalışırlar.

Bu populist və neofaşist hərəkatlar getdikcə Avropada yayılır, əmək dünyasına da sızırlar, Avropa Parlamenti də daxil olmaqla, bir çox parlamentlərdə yer qazandılar, bəzi ölkələrdə hökumətdə yer tutmağı bacardılar.

Hakimiyyətə gəldikləri zaman bütün populist ittihamları günəşli havada qar kimi əriyib yoxa çıxdı və əsl simalarını göstərdilər: avtoritar neoliberalizm, böyük millətlərin mənfəətinə xidmət edən, əməkhaqqının azaldılması, sosial təhlükəsizlik sistemlərinin, insan və əmək hüquqlarının ləğv edilməsi və sairə.

Və yenə də təzyiqlə üzləşən ilk kateqoriyalar azad mətbuat, həmkarlar ittifaqı, qadınlar, miqrantlar və başqaları oldu. Onlara qarşı ayrı-seçkilik və təqib tədbirləri həyata keçirildi.

Sağçı müdafiəçilərə, yeni minilliyin bu faşistlərinə açıq şəkildə demək istəyirik, əmək dünyasından avtoritar və zorakı məqsədləri üçün istifadə etmələrinə icazə verməyəcəyik.

Bu gün işçi hərəkatının demokratik və zorakı olmayan gücünü nümayiş etdirmək üçün buradayıq.

Ancaq aydın və yüksək səslə demək istəyirik, həmkarlar ittifaqı kor deyil.

Həmkarlar ittifaqı pandemiyanın faciəsinə və işçilərə vurulan ziyana göz yummur.

Həmkarlar ittifaqı qloballaşma fəlakətləri, maliyyə spekulyasiyaları, əvvəlki iqtisadi böhran və sonra sərt qənaət siyasəti ilə əlaqədar olaraq keçmişdə baş verənləri də unutmayıb, hansı ki, maaşların azalmasına, kollektiv sövdələşmələrin pozulmasına, ictimai xidmətlərin və sosial təminat sistemlərinin məhv olmasına gətirib çıxarıb.

Həmkarlar ittifaqı bu yanlış siyasətin dəhşətli bərabərsizliyə, sosial təcrid və yoxsulluğa gətirib çıxardığını unutmur - bu siyasət milyonlarla işçini, xüsusilə gənc insanları və qadınları çətin durumda buraxdı.

Təəccüblü deyil ki, bütün bunlardan sosial qəzəb yaranır, bu da vaksin olmaması kimi ekstremal nəticələrə gətirib çıxarır.

Amma bu narahatlığı başa düşmək məcburiyyətindəyik. Biz bu problemlərin konkret həllinin axtarışı üçün məsuliyyət daşıyırıq.

Pandemiya zamanı həmkarlar ittifaqı işçilərin sağlamlığını və iş yerlərini qorumaq qabiliyyətinə malik idi.

İtaliyada və digər Avropa ölkələrində biz əsas işçilərin müdafiəsi, işə nizamlı və təhlükəsiz qayıdışın təmin edilməsi üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə protokollar imzaladıq.

Bu gün əvvəlki kimi təhlükəsizlik uğrunda, ölüm hallarına və işdə bədbəxt hadisələrə qarşı mübarizə aparılır.

Peyvəndlərin hamı üçün universal və əlçatan olması üçün çalışmaq həm də mübarizədir. Həmkarlar ittifaqları beynəlxalq miqyasda patentlərin dayandırılmasına nail olmağa, Avropada və dünyada vaksinlərin texnoloji və istehsal gücünü artırmağa sadiqdir. Çünki inanırıq ki, peyvəndlər pandemiyadan yeganə real çıxış yoludur.

Luka VİSENTİNİ,

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi

ETİKETLƏR: