Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dairəvi iqtisadiyyat işçilər və cəmiyyətlərimiz üçün güclü bir sosial ədalət ölçüsünə malikdir

Dairəvi iqtisadiyyat işçilər və cəmiyyətlərimiz üçün güclü bir sosial ədalət ölçüsünə malikdir

20.10.2021 13:15
14
A+
A-

Dairəvi iqtisadiyyat Avropa Yaşıl Sövdələşməsinin (“European Green deal”) əsas hissəsidir. Bu, iqtisadi sahələrdə çalışan işçilər üçün təhlükəli ola bilər. Araşdırma məqsədilə Avropada sahələrararası sosial tərəfdaşlar iş proqramının bir hissəsi olaraq bu təsirləri öyrənmişlər. Nəticələr veb-seminarda təqdim edilib və tullantıların idarə edilməsi sektorunda məşğulluğa müsbət təsir göstərdi. Bu, Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Birliyinin (EPSU) əvvəlki tədqiqatlarının nəticələrini və mövqeyini təsdiqləyib. Layihənin tövsiyələri işəgötürənlərə və dövlət orqanlarına ünvanlanıb.

Avropa Komissiyası üçün dairəvi iqtisadiyyat, məhsulların, materialların və resursların iqtisadiyyatda mümkün qədər uzun müddət saxlanılması və tullantıların minimuma endirilməsi deməkdir. Bu, tullantıların iyerarxiyasına uyğundur - qarşısının alınması, azaldılması, təkrar istifadəsi, geri çevrilməsi (materialın bərpası) və bütün bunlar mümkün olmadıqda yandırılması (istilik bərpası üçün). EPSU bunu dəstəkləyir. Tullantılara xammal kimi baxır. İstifadə olunan bütün materiallar, bir məhsulda istifadə edildikdən sonra başqa bir məhsulda faydalı olmalı və yalnız qida kimi təbiətə qayıtmalıdır. Ətraf mühitə və ya insanlara heç bir zərər olmamalıdır, buna görə də dairəvi iqtisadiyyat işçilər və cəmiyyətlərimiz üçün güclü bir sosial ədalət ölçüsünə malikdir. İctimai şirkətlər yeniliklər və dəyişiklik etmək üçün nəzərdə tutulmuşdur. Bu, bərabərsizliyi aradan qaldırmaq məqsədi daşıyır, insan və həmkarlar ittifaqı hüquqlarına hörmət etməyimizi tələb edir.

EPSU-nun Baş katibi Jan Villem Qoudrian oktyabrın 14-də keçirilən vebinarda çıxışında Avropa Komissiyasının dairəvi iqtisadiyyata yanaşmasında bu sosial ölçünün olmadığını vurğulayıb.

“Dairəvi iqtisadiyyat” layihəsi çərçivəsində dairəvi məşğulluq təşəbbüsü layihəsindən Ester Qudvin Braun sosial tərəfdaşların cəlb edilməsinin əhəmiyyətini söyləyib. Avropanın sahələrarası sosial tərəfdaşları məşğulluq, bacarıq, sektorun rəqabət qabiliyyəti, sağlamlıq və təhlükəsizlik, işin formaları və təşkili məsələlərini araşdıran birgə layihənin nəticələrini təqdim edib. Buraya “Abfallwirtschaftsbetrieb München” (AWM Munich) şirkəti və onun dairəvi iqtisadiyyatda rolu daxildir. Seminarda İtaliyanın ictimai su təchizatı şirkəti “Gruppo Cap”ın (Milan) müsbət təcrübəsi təqdim edilib. Digər natiqlər arasında “Euratex”in nümayəndəsi, İndustriAll -dan olan həmkarlar ittifaqı fəalları (istehsal, tekstil və avtomobil sənayesində aparılan təhlillər barədə) və başqaları olub. Çıxışlarda bütün sahələrdə ictimai xidmətlərin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, EPSU-nun üzvü olan təşkilatlar Avropadakı su təchizatı və tullantıların utilizasiyası sektorunda çalışan işçiləri birləşdirir. Üzvlərimiz ictimai sahələrdə (əsasən bələdiyyə), qeyri-kommersiya təşkilatlarında (emal və təmir ilə məşğul olan kooperativlər)  və özəl çirkab sutəmizləyici sektorda fəaliyyət göstərirlər. Bu, həm kiçik şirkətlərə, həm də iri transmilli şirkətlərə aiddir. Bəzi Avropa ölkələrində qeyri-rəsmi sektor da mövcuddur. Avropada təxminən bir milyon insanın qeyri-rəsmi emal və təkrar istifadə iqtisadiyyatında məşğul olduğu təxmin edilir. Əsas problem ondan ibarətdir ki, keyfiyyətli iş yerlərini, layiqli ödənişi və iş şəraiti, yüksək sağlamlıq və təhlükəsizlik standartlarını təmin etməli, sosial dempinqlə mübarizə aparmalı və sosial dialoqu inkişaf etdirməliyik. Bu narahatlıqlar EPSU-nun dairəvi iqtisadiyyatda təhlükəsiz iş yerləri və tullantıların idarə olunmasında dairəvi iqtisadiyyat haqqında bir sıra hesabatlarında vurğulanır.

Tullantıların emalı sektorunda məşğulluq artır. Biz keyfiyyətli iş yerlərini, layiqli əməkhaqqı və iş şəraiti təmin etməli və sosial dempinqlə mübarizə aparmalıyıq. Bəzi ölkələrdə şirkətlər və işəgötürənlər kollektiv müqavilələrə riayət etmirlər. Risklərin qiymətləndirilməsinə, eləcə də tullantılarla məşğul olan həm rəsmi, həm də qeyri-rəsmi işçilərin sağlamlığına və təhlükəsizliyinə lazımi diqqət yetirilmir. Pandemiya bu işin əhəmiyyətini aşkar göstərdi. Avropa Birliyi bunu yetərincə nəzərə almır. Bundan başqa, dairəvi iqtisadiyyatda Avropanın aparıcı mövqeyi tullantıların idarəedilməsi sistemlərinin daha aşağı əmək və ekoloji standartlara malik inkişaf etməkdə olan ölkələrə ixracından asılı idi.

ETİKETLƏR: