Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində

Görüşdə təşkilati məsələlər, maliyyə fəaliyyəti, sosial dialoq ətrafında fikir mübadiləsi aparılmış və gələcək perspektivlər müzakirə olunmuşdur.

27.10.2021 10:44
6
A+
A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul işçiləri Gəncə şəhərində Gəncə, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Kəlbəcər telekommunikasiya qovşaqları və poçt filiallarının HİK sədrləri ilə görüş keçirmişdir.

Görüşdə təşkilati məsələlər, maliyyə fəaliyyəti, sosial dialoq ətrafında fikir mübadiləsi aparılmış və gələcək perspektivlər müzakirə olunmuşdur.

****

   Respublika Komitəsinin nümayəndələri Ağstafa rayonunun Köçəsgər kəndində şəhid gizir Yaşar Babayevin ailəsini ziyarət etmişlər. Şəhidin anasına Yaşar Babayevin şəkli əks olunmuş xalça təqdim edilmişdir. Həmçinin RK nümayəndələri şəhid Yaşar Babayevin  xatirə lövhəsi ilə də tanış olmuşlar.

Qeyd edək ki, Y.Babayev 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur.

Allah rəhmət etsin!

 ****

Respublika Komitəsinin nümayəndələri və  Gəncədə fəaliyyət göstərən  ilk təşkilatların sədrləri ilə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərini ziyarət ediblər. Erməni təxribatı nəticəsində öldürülən mülki şəxslərin əziz xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar üzərinə gül dəstələri qoyublar.

 

“Hər cür ehtirama

layiqsiniz”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsi hər zaman minnətdarlıqla anılır.

“Zəfər Günü” ərəfəsində həmkarlarımız tərəfindən respublikanın bütün bölgələrində tədbirlər keçirilir: şəhidlər anılır, şəhid, qazi ailələri ziyarət edilir, müharibə iştirakçıları ilə görüşlər təşkil olunur.

Bu gün Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Şurası 3 qazi ailəsini (ailəsində tibb işçisi olan) ziyarət etmişdir. Ailələrlə görüş zamanı onlara minnətdarlıqlarını bildirdilər. “Sizin qəhrəmanlığınız Azərbaycan tarixinə yeni şanlı səhifələr yazdı”,- dedilər. Biz artıq hər il böyük kədər içində Qarabağda yaşayış məntəqlərimizin işğalı gününü anırdıq. Siz bu kədəri ürəyimizdən sildiniz. İndi biz sizin sayənizdə qürur hissləri keçirə-keçirə zəfər günlərini qeyd edirik. Siz hər cür ehtirama, alqışa layiqsiniz.

Görüşdə qonaqlar qazi ailələrinin problemləri, istək və arzuları ilə də maraqlanmışdılar.

ETİKETLƏR:

Foto