Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

27.10.2021 08:43
10
A+
A-

Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələrinin komandaları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bu tədbir Azərbaycan Tibb Universitetində (ATU) baş tutub.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Nəsimi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər 44 günlük Haqq savaşı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etməsi, 30 ilə yaxındır davam edən həsrətin sona çatması haqqında qürurla danışıblar.

Rəsmi hissədən sonra oyunlara start verilib. 2 saat davam edən yarışda I yerə Azərbaycan Dillər Universitetinin “Poliqlot” komandası, II və III yerlərə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən “Maqnat və Creactivelər” komandaları layiq görülüblər.

Qaliblər kubok, diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

ETİKETLƏR: