Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qalib komandalar məlum olub

Tələbələr arasında keçirilən yarışda 7 komanda iştirak edib. Birinci yerə “Marafon”, ikinci yerə “Könüllülər”, üçüncü yerə “Labirint” komandası layiq görülüb.

27.10.2021 09:48
3
A+
A-

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), tələbə-rektor və könüllü tələbələrinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Tələbələr arasında keçirilən yarışda 7 komanda iştirak edib. Birinci yerə “Marafon”, ikinci yerə “Könüllülər”, üçüncü yerə “Labirint” komandası layiq görülüb.

Qalib komandaların hər bir üzvünə sertifikat, medal və pul mükafatı təqdim olunub. Qalib komandalar ali təhsil müəssisələri arasında keçiriləcək respublika bilik yarışında AzTU-nu təmsil etmək imkanı əldə edəcək.

 

ETİKETLƏR: