Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid tələbə və məzunların xatirəsi anılıb

B.Aslanov Vətən müharibəsində AzMİU-nun da tələbə və məzunlarının iştirak etdiyini, onlardan 24-nün şəhidlik zirvəsinə ucaldığını tələbələrin diqqətinə çatdırıb.

27.10.2021 09:49
6
A+
A-

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 44 günlük Vətən müharibəsində şəhid olmuş tələbə və məzunların xatirəsinə həsr edilən tədbir keçirilib.

Tədbirin əvvəlində Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən tələbə və məzunların xatirəsi birdəqiqəlik sükutla yad olunub. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Bayram Aslanov 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun, qəhrəman oğullarımızın canı-qanı bahasına azad etdiyini deyib və bu Qələbə sevincini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib. O, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu, həmin oğulların həyat yolunun, rəşadətinin hər birimizə örnək olduğunu vurğulayıb.

B.Aslanov Vətən müharibəsində AzMİU-nun da tələbə və məzunlarının iştirak etdiyini, onlardan 24-nün şəhidlik zirvəsinə ucaldığını tələbələrin diqqətinə çatdırıb.

Tədbirdə şəhid tələbə və məzunların hər biri haqqında tanıtım xarakterli fotoməlumat təqdim edilib. Həmçinin İnşaat-texnologiya fakültəsinin məzunu şəhid Elsevər Əhədzadənin döyüş yolu haqqında videoçarx nümayiş edilib.

Tədbir iştirakçıları daha sonra “Yarımçıq xatirələr” filminə baxıblar.

 

ETİKETLƏR: