Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İsmayıllıda “Zəfər bayramı” münasibətilə silsilə tədbirlər keçirilib

Tədbir təhsil işçiləri və məktəblilərin 3 km. məsafəyə - Şəhidlər xiyabanına qədər qaçış yarışı ilə yekunlaşdı.

10.11.2021 11:56
16
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi rayon təhsil şöbəsi ilə birgə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” siyasəti nəticəsində Milli Ordumuzun əldə etdiyi “Zəfər qələbəsi” münasibətilə silsilə tədbirlər keçirmişdir. Yuxarı sinif şagirdləri arasında “Zəfər yolu” mövzusunda inşa yazı müsabiqəsi, rayonun məktəbliləri və şahmatla  məşğul olan müəllimlər arasında “Biz qalib gəldik” adlı şahmat yarışı, “Zəfərə aparan yol” adlı hərbi idman oyunları yarışları təşkil edilmişdir.

Bütün məktəblilər, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlar arasında keçirilən “Qalib Ordu! Qalib Xalq” adlı əl işləri sərgisi müsabiqəsi iştirakçıların çoxluğu ilə diqqəti cəlb etdi. Tədbir təhsil işçiləri və məktəblilərin 3 km. məsafəyə - Şəhidlər xiyabanına qədər qaçış yarışı ilə yekunlaşdı. Yarışlar və müsabiqələrdə qalib olan və fəallıq göstərənlər rayon komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Bundan əlavə, rayon komitəsinin fəal həmkarlar ittifaqı üzvlərinin təşəbbüsü və köməkliyi ilə “Zəfər parkı”nda 2000 ədəd ağac və gül tingləri əkildi. Ağacəkmə mərasimində şəhid valideynləri də iştirak etdilər.

ETİKETLƏR: