Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əliabbas Rzazadə dünya çempionu olub

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb. Bu nəticə ilə Azərbaycan güləşi həm də rekord nəticəyə imza atıb.

10.11.2021 12:02
8
A+
A-

“Zenit” idman Cəmiyyətinin yetirməsi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.

57 kq. çəki dərəcəsində mübarizəyə başlayan sərbəst güləşçimiz ilk görüşündə Almaniya təmsilçisinə qalib gəlib. Ə.Rzazadə daha sonra Tacikistan güləşçisini məğlub edib. Dörddəbir finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısı ilə olduqca gərgin idman mübarizəsi şəraitində keçən görüşdə isə xalların keyfiyyəti güləşçimizi finala daşıyıb. Həlledici görüşdə Qırğızıstan güləşçisinə də qalib gələn Əliabbas dünya çempionu adını qazanıb.

Əliabbas Rzazadə yarışlara məşqçi-müəllimi Aslan Ağayevin rəhbərliyi altında hazırlaşıb.

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb. Bu nəticə ilə Azərbaycan güləşi həm də rekord nəticəyə imza atıb.

Qeyd edək ki, həm respublikamızda, həm də beynəlxalq arenalarda keçirilən idman yarışlarında ölkəmiz adına qazanılan uğurlarda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə daxil olan idman cəmiyyətlərinin məşqçilərinin, yetirmələrinin də böyük rolu var. Bu sırada “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyini də qeyd etmək olar. İdman Cəmiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, xüsusi karantin rejiminə əməl etməklə, öz fəaliyyətini davam etdirir. Bütün çətinliklərə rəğmən cəmiyyətin yetirmələri əvvəlki illərdə olduğu kimi, yenə də həm ölkə daxilində keçirilən yerli və beynəlxalq əhəmiyyətli yarışlarda, eləcə də dünya miqyaslı çempionatlarda bacardıqlarını nümayiş etdirərək müxtəlif əyarlı medallar qazanır, üçrəngli bayrağımızı qürurla yüksəklərə qaldırırlar.

ETİKETLƏR: