Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gənclər hərəkatın gələcəyi kimi

Tədbirdə gənc iştirakçılar həm də ETUC rəhbərlərinə gənclərin həmkarlar ittifaqı hərəkatı üçün hansı önəm daşıdığı barədə suallar ünvanlayıb, bir sıra maraqlı fikirlər ətrafında müzakirələr aparılıb.

17.11.2021 14:05
5
A+
A-

Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Birliyinin (EPSU) gənclər şəbəkəsinin üzvləri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) gənclər tədbirində iştirak ediblər. “Friedrich Ebert Stiftung” Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə gənclər həmkarlar ittifaqı hərəkatının aparıcı qüvvəsi kimi qeyd olunub.

Pandemiyaya görə onlayn keçirilən tədbirlərdən sonra bu diskussiya gənc həmkarlar üçün şəxsən görüşmək, fikir və qabaqcıl təcrübə mübadiləsi yolu ilə bir-birindən öyrənmək üçün yaxşı fürsət olub.

İştirakçılar ilk dəfə olaraq ETUC-un qurultayının nümayəndə heyətlərində gənclərin təmsilçiliyini gücləndirəcək ETUC gənclər kvotası haqqında məlumat əldə ediblər. Gənclərin tədbiri ilə üst-üstə düşən ETUC aralıq konfransının gündəliyində əksəriyyət, o cümlədən EPSU kvotanın lehinə səs verib.

Tədbirdə gənc iştirakçılar həm də ETUC rəhbərlərinə gənclərin həmkarlar ittifaqı hərəkatı üçün hansı önəm daşıdığı barədə suallar ünvanlayıb, bir sıra maraqlı fikirlər ətrafında müzakirələr aparılıb.

 

ETİKETLƏR: