Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial Sığorta Fondu işçilərinin tətili

“Bu müddət ərzində həm sağlamlığınızı yoxlamaq, həm də cəmiyyət üçün nəsə etmək mümkün olacaq. Pandemiya ilə əlaqədar ölkədə qan çatışmazlığı var, ona görə də səhiyyə sisteminə istənilən kömək əhəmiyyətlidir”.

17.11.2021 14:09
1
A+
A-

Noyabrın 15-də Polşada Sosial Sığorta Fondu işçilərinin tətili keçirilib. Dövlət qurumunun əməkdaşları qan vermək üçün kütləvi şəkildə məzuniyyətə çıxıb və çərşənbə günündən tez olmayaraq iş yerlərinə getməməyi planlaşdırırlar. Həmkarlar ittifaqlarının vurğuladığı kimi, hakimiyyət bir neçə ildir ki, fondun işçilərinin maaşlarının artırılmasını həyata keçirməkdən imtina edir. Bundan əlavə, rəhbərlik işçiləri iş vaxtından artıq işləməyə məcbur edir, psixoloji təzyiq göstərir. Maaşlar 430-650 (ayda) avrodan çox deyil.

Həmkarlar İttifaqının Alternativi Assosiasiyasından Pyotr Şumleviç deyib ki, bu ikigünlük möhlət, şübhəsiz ki, insanların psixi və fiziki vəziyyətinə faydalı təsir göstərəcək: “Bu müddət ərzində həm sağlamlığınızı yoxlamaq, həm də cəmiyyət üçün nəsə etmək mümkün olacaq. Pandemiya ilə əlaqədar ölkədə qan çatışmazlığı var, ona görə də səhiyyə sisteminə istənilən kömək əhəmiyyətlidir”.

Həmkarlar ittifaqı sədrinin sözlərinə görə, artıq bir neçə aydır ki, Sosial Sığorta Fondunda gərgin vəziyyət hökm sürür. İşçilər koronavirus pandemiyasından asılı olmayaraq vətəndaşlara xidmət etmək məcburiyyətində qalıblar. Bir çoxu işini itirmək təhlükəsi ilə üzləşib. İş yerlərində narazıçılıq hələ də davam edir. Rəhbərlik tərəfindən davamlı olaraq işdən çıxarılma təhdidləri eşidilir. Ölkə daxilində başlanan kollektiv əmək mübahisələri çərçivəsində həmkarlar ittifaqları hökumət dairələrindən aylıq maaşın 225 avro artırılmasını çalışırlar. Digər problem kadr çatışmazlığıdır. Lokdaunlar zamanı baş verən kütləvi ixtisarlar dövlət qurumunda ştatların kəskin azalmasına səbəb olub.

ETİKETLƏR: