Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Atilla” İdman Klubunun yetirmələri fərqləniblər

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində “Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov qızıl medal qazanıb.

17.11.2021 14:10
2
A+
A-

Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Ramilə Əliyeva gümüş medal qazanıb.

Qitə çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan “Atilla” İdman Klubunun yetirməsi ilk qarşılaşmasında Paulina Zlaşta (Polşa), daha sonra portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqəni təmin edib. Lakin həlledici mərhələdə Serbiya təmsilçisi Andreya Stojadinova uduzaraq ikinci yerlə kifayətlənib.

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində “Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov qızıl medal qazanıb.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən O.Səfərov finala vəsiqə qazanıb. Cüdoçumuz moldovalı Denis Vieruya ipponla qalib gələrək “Böyük dəbilqə”nin qalibi olub.

ETİKETLƏR:

Foto