Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zəfər kuboku” minifutbol turniri başa çatıb

Oyunun qalibi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin komandası olub.

17.11.2021 14:21
12
A+
A-

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Anım Gününə və şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Zəfər kuboku” minifutbol turniri başa çatıb.

Turnirdə İqtisadiyyat Nazirliyi Aparatının strukturuna daxil olan və tabeliyindəki qurumların 45 komandası iştirak edib. Noyabrın 13-də keçirilən final görüşündə Dövlət Vergi Xidmətinin Aparatı ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin komandaları qarşılaşıblar.

Oyunun qalibi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin komandası olub.

Çempionatda ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara Fəxri Fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.

ETİKETLƏR: