Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisdə büdcə zərfindəki qanun layihələrinin ikinci oxunuşda müzakirəsi başa çatdı

Bu qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilir.

24.11.2021 10:35
4
A+
A-

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə büdcə zərfini ikinci oxunuşda müzakirə edən parlamentin plenar iclası hökumət üzvlərinin iştirakı ilə işini davam etdirib.

Layihədə “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub.

Qanun layihəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.

Parlamentin iclasında həmçinin “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.

Bu qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilir.

Qanunların hər ikisi 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Plenar iclasda Vergi və İnzibati Xətalar məcəllələrinə və digər qanun layihələrinə bir sıra dəyişikliklər müzakirə olundu və ikinci oxunuşda qəbul edildi.

ETİKETLƏR: