Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Daim diqqətdə olacaqsınız”

Noyabrın 19-da Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində II Qarabağ müharibəsi iştirakçısı, III dərəcəli əlil statusu almış Razim Eldar oğlu Alışovla görüş keçirilmişdir.

24.11.2021 11:42
4
A+
A-

Noyabrın 19-da Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində II Qarabağ müharibəsi iştirakçısı, III dərəcəli əlil statusu almış Razim Eldar oğlu Alışovla görüş keçirilmişdir.

Görüş zamanı qazi iştirak etdiyi döyüşlərdən və yaralandığı anlardan, Azərbaycan Respublikası Prezidentinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışmış və razılığını bildirmişdir.

Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov 30 illik işğala son qoyduqlarına görə igid, vətənpərvər oğullarımızın adlarının tariximizə əbədi həkk olunacağını söylədi. “Dünya sizin timsalınızda xalqımızın torpağa məhəbbətini, döyüşkən ruhunu gördü”, - dedi. M.Salmanov diqqətə çatdırdı ki, dövlətimiz və həmkarlar ittifaqı Vətən müharibəsi iştirakçılarının, qazilərinin və şəhid balalarımızın ailələrinin qayğısına qalır və daim də qalacaq.

Sonra R.Alışova 200 AZN hədiyyə olundu.

Xatırladaq ki, Razim Alışov Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.

 

ETİKETLƏR: