Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hər cəbhədə fərqlənməyi bacaran oğlan

Bir neçə gün əvvəl isə Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində “İlin peşəkar gənci” fəxri adının döş nişanını sinəsinə taxdılar.

24.11.2021 11:59
3
A+
A-

AHİK -in təsis    etdiyi “İlin peşəkar gənci” fəxri adına layiq görülənlər sırasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Zığ” Gəmi Təmiri Zavodunun İstehsalat-dispetçer şöbəsinin mütəxəssisi Ramazan İslamovun da adı var. Gənc olmasına baxmayaraq, Ramazan bir çox uğurlara imza atıb. Azərbaycan Dövlət Dəniz Akademiyasında “Proseslərin avtomatlaşdırılması” ixtisasına yiyələnib. 2017-ci ildən indiki iş yerində çalışır. İstehsalat qabaqcılıdır. Müəssisənin ictimai həyatında fəal iştirak edir.

R.İslamov Vətən müharibəsi başlananda könüllü olaraq cəbhə xəttinə yollandı. Döyüş dostları ilə birlikdə qarı düşməni torpaqlarımızdan qovdu. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ona verilən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarını şərəflə sinəsində gəzdirir.

Bir neçə gün əvvəl isə Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində “İlin peşəkar gənci” fəxri adının döş nişanını sinəsinə taxdılar.

Ramazanı hələ qarşıda daha böyük uğurlar və mükafatlar gözləyir.

ETİKETLƏR: