Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Elektron kitabxana müasir dövrün tələbidir”

Yaradıcılıqlarından nümunələr əsasında ədəbi-bədii kompozisiyalar hazırlanır. Maya xanım çıxışını Nizami Gəncəvi və Aşıq Ələsgərin həyatı və əsərləri barədə qısa məlumatla bitirdi.

24.11.2021 12:28
2
A+
A-

Noyabrın 18-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının       (AƏSMA) professor - müəllim heyətinin və tələbələrinin iştirakı ilə Elektron kitabxananın təqdimatı keçirildi. Təqdimatı “ONE BRAIN MMC” şirkətinin direktoru Şəfa Sarısoy və proqram inzibatçısı Emin Əhədi etdilər. Şəfa Sarısoy qeyd etdi ki, hazırda AƏSMA-nın kitabxanasında 19.967 kitab fondu var. Onlardan 200-ə yaxın kitab, AƏSMA-nın elmi - praktik jurnalının 15 nömrəsi, 74 tədris proqramı, 54 mühazirə mətni E-kitabxana platformasında yerləşdirilmişdir. Təqdimatda professor - müəllim, tələbə heyətinə elektron kitabxanadan istifadə qaydaları izah edildi.

Təqdimatın sonunda tədris və elmi işlər üzrə prorektor, professor Fərhad Möhbalıyev çıxış edərək bildirdi ki, informasiya quruculuğu proseslərinin sürətlə inkişaf etdiyi dövrdə elektron kitabxananın xidməti önəmli xarakter daşıyır və oxucuların informasiya tələbatının ödənilməsində elektron kataloqun müstəsna rolu vardır. Elektron kitabxana oxuculara lazım olan ədəbiyyat haqqında məlumat əldə etməklə yanaşı, mətnləri birbaşa oxumaq imkanı da yaradır.

Təqdimatdan sonra kitabxananın müdiri Maya Abdullayeva pandemiya ilə əlaqədar silsilə tədbirlərin həyata keçirilməsində müəyyən çətinliklər olduğunu qeyd etdi. Bildirdi ki, bu çətinliyə baxmayaraq, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi” və “Aşıq Ələsgər” ili elan edilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq, ölkəmizin ədəbi ictimaiyyəti, ali təhsil müəssisələrinin kollektivləri tərəfindən hər iki dahi məhəbbətlə, ehtiramla yad edilir.

Yaradıcılıqlarından nümunələr əsasında ədəbi-bədii kompozisiyalar hazırlanır. Maya xanım çıxışını Nizami Gəncəvi və Aşıq Ələsgərin həyatı və əsərləri barədə qısa məlumatla bitirdi.

Sonra Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Sənsiz” romansı və “Ruhani” aşıq musiqisi üstündə A. Ələsgərin şeirləri səsləndirildi.

“Kitab bayramı” kimi qeyd olunan tədbirin sonunda  AHİK- in sədri, millət vəkili,  professor Səttar Möhbalıyevin “Hədəfimiz hüquqlarımızın müdafiəsidir” adlı kitabı təqdimat iştirakçılarına hədiyyə edildi.

ETİKETLƏR: