Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti

Şəhidin anım günündə iştirak etdilər

Qeyd edək ki, Elnur Qarayev Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

24.11.2021 12:35
11
A+
A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş əməkdaşı Elnur Qalib oğlu Qarayevin anım günündə iştirak ediblər. Şəhidin ailə üzvləri və iş yoldaşlarının da iştirak etdiyi anım günündə şəhid Elnur Qarayevin vətənpərvərliyindən, keçdiyi döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

ETİKETLƏR: