Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İdman Cəmiyyəti birinci olub

Paytaxt çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri uğurla çıxış ediblər.

24.11.2021 12:39
19
A+
A-

Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilib.

Sərbəst güləş üzrə yarışda 10 çəki dərəcəsində 75 idmançı mübarizə aparıb.   

Paytaxt çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri uğurla çıxış ediblər.

Cəmiyyətin sərbəst güləşçiləri İzzət Cəfərov (57 kq.) və Zəfər Əliyev (97 kq.) birinci yeri tutublar. Ramin Heybətov ( 65 kq.) və Mahir Əliyev (125 kq.) ikinci, Sənan Hümbətov (57 kq.) və  Anar Babayev (92 kq.) isə üçüncü olublar.

İdmançılarımız yarışa məşqçi-müəllimlər Fəxrəddin Nuriyev, Amil Abdullayev və Akif Qurbanovun rəhbərliyi altında hazırlaşıblar. Qeyd edək ki, Bakı şəhər çempionatında ümumkomanda hesabında “Zenit” İdman Cəmiyyəti birinci olub.

ETİKETLƏR: