Kollektiv müqavilə bağlanıb
Salyan-Şirvan Regional Təhsil İdarəsində təşkil edilmiş mərasimdə TİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də iştirak edib.
Salyan-Şirvan Regional Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayon komitələrinin sədrləri arasında 2023-2025-ci illər üçün kollektiv müqavilə imzalanıb.
Salyan-Şirvan Regional Təhsil İdarəsində təşkil edilmiş mərasimdə TİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də iştirak edib. Tədbirdə çıxış edən M.Cəfərzadə Elm və Təhsil Nazirliyi ilə TİAHİ Respublika Komitəsi arasında imzalanmış kollektiv saziş, rayon komitələri ilə regional təhsil idarələri arasında imzalanan kollektiv müqavilə çərçivəsində görülən işlərdən danışıb, tövsiyələrini verib.
Tədbirdə Salyan-Şirvan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, TİAHİ rayon komitələrinin sədrləri çıxış ediblər.
Həmçinin növbəti illər ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.