Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 16-da)

…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır.
…Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür.
…Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir.
…və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar.
…və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.
…"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.

“Ülfət”in turistlərlə ülfəti daimi olsun"

24.08.10 - 10:0010 baxılıb

"Biz sizinlə yandırıcı avqust günəşinin altında durub təntənəli açılış mərasimi keçiririk. Amma öz bölgələrinizə qayıdanda bu istinin təsirini unudacaqsınız. Çünki burada gördükləriniz, yaşayacağınız istirahət saatları ürəyinizə yaddan çıxmayan sərinlik dolduracaq". Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, sözünün qədrini bilən, hərəkətinin sanbalını uca tutan Şəmsəddin Xanbabayevin "Ülfət" İstirahət Mərkəzinin açılışında işlətdiyi bu sözlərin özünü doğrultmasını çox gözləməli olmadıq.

 
Sendika
Prinsipial mövqe

24.08.10 - 10:187 baxılıb

İslahatlar zamanı heç bir işçiyə qarşı ədalətsizliyə yol verilə bilməz

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqında struktur dəyişiklikləri edilmişdir. Bu, "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətində aparılan islahatlarla əlaqədar olmuşdur.




Sosial
Pulu olmayanlar Xəzər sahilindəki çimərliklərin əksərindən istifadə edə bilmir

24.08.10 - 10:268 baxılıb

Müzəffər Baxışov: "Yalnız göstərilən xidmətlə bağlı bu və ya digər şəxslərdən pul tələb edilə bilər"

Bu il paytaxt sakinlərinin rastlaşdıqları problemlərə biri də əlavə olunub. Yay mövsümündə istirahət üçün ölkə xaricinə, o cümlədən respublikanın istirahət mərkəzlərinə gedə bilməyən əksər sakinlər çimərliklərə üz tuturdu. Amma bu il həmin ünvanlarda da paytaxt sakinlərinin yolları bağlanıb desək yanılmarıq. Əksər çimərliklərə giriş pullu olduğundan vətəndaşlar həmin yerlərdə istirahət edə bilməyib.




İqtisadiyyat
Rusiya dekabradək xarici ölkələrə taxıl ixrac etməyəcək

24.08.10 - 10:3354 baxılıb

Bu addım Azərbaycan üçün heç bir problem yaratmayacaq

Rusiya dekabrın 31-dək xarici ölkələrə taxıl ixrac etməyəcək. BBS-nin məlumatına görə, Rusiyanın taxıl ixracına yasaq qoyması dünya bazarında taxılın qiymətinin xeyli artması ilə nəticələnib. Qeyd edək ki, Rusiya dünyada 3 taxıl ixracatçı ölkədən biridir. Ölkə bu il təxminən 20 milyon ton taxıl ixrac etmək niyyətində idi, lakin Moskvanın son qərarı bu istəyi reallaşdırmağa imkan vermədi.




Gerçəklik
Meşə yanğınları ölkəyə ciddi ziyan vurub

24.08.10 - 10:249 baxılıb

Azərbaycanda sel və daşqınların, torpaq sürüşmələrinin ardınca digər bir təbii fəlakət - meşə yanğınları narahatlıq doğurmaqdadır. İyul ayının əvvəllərindən bir sıra bölgələrdə müşahidə olunan yanğınların miqyası son bir həftədə çoxalıb və intensiv xarakter alıb. Son bir ayda ölkənin 10-dan çox bölgəsində irimiqyaslı yanğınlar baş verib.




Cəmiyyət
“Narkomaniya xəstəliyindən əziyyət çəkənlər çox vaxt öz ailəsində sıxışdırılır”

06.08.10 - 13:5423 baxılıb

Məzahir Əfəndiyev: "Əgər vaxtında bu problemin üzərinə gedilib həll edilməsə,xəstəlik epidemiya halını ala bilər"

“Cəmiyyətdə o hissi aşılamağa çalışmalıyıq ki, narkotik istifadəçisi xəstəlikdən əziyyət çəkən şəxsdir.”

Əsrin bəlası olan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illər isə narkotik istifadəçilərinin sayı durmadan artır. Respublikamızda bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını almaq hələ də mümkün olmayıb. Niyə? Bu suala ətraflı aydınlıq gətirmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SKAD) Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyevə müraciət etdik.




Son səhifə
Həftənin sonunadək kəskin istilər davam edəcəkdir

06.08.10 - 12:4319 baxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 7-də hava şəraiti günəşli keçəcək, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaqdır.

Gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə isə 41 dərəcə isti olacaqdır. Avqustun 8-də də hava şəraitinin günəşli keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27, gündüz müsbət 37-39 dərəcə təşkil edəcəkdir. Azərbaycanın rayonlarında avqustun 7-8-də hava şəraiti günəşli keçəcək və şərq küləyi əsəcəkdir.




Beynəlxalq
"Sarmat"ın borcu 5 milyona çatdı

24.08.10 - 10:3810 baxılıb

"Sarmat" Açıq Səhmdar Cəmiyyəti artıq uzun müddətdir ki, işçilərə əməkhaqqı ödəmir. Müəssisənin borcu 4 milyon 900 min rubl təşkil edir.




Idman
Yerli idmançılar daha güclü oldular

23.08.10 - 9:4011 baxılıb

Milli oyunlar üzrə kənd idmançılarının XXI Respublika spartakiadası başa çatmışdır.




Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.

Oruc MUSAYEV,
Şirvan şəhəri.

- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur:
o aylıq müavinət
o dövlət qulluqçularına ömürlük müavinət
o yaşa görə müavinət
o əlilliyə görə müavinət
o 16 yaşadək əlil uşaqlara müavinət
o ailə başçısını itirməyə görə müavinət
o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət.
o 3 yaşadək uşağa qulluğa görə müavinət
o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət
o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət.
o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət
o birdəfəlik müavinətlər
o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət.
o uşağın anadan olmasına görə müavinət.
o dəfn üçün müavinət.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.