Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Şəhid bulağının açılışı

.

16.10.2024 12:01
6
A+
A-

Keşlə qəsəbəsində şəhid gizir Elfaq Nağıyevin adına tikilmiş bulağın açılışı olub. Mərasimdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış edib. Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimizin gənc nəslə örnək olduğunu, milli gücün, milli bütövlüyün nümunəsi olan ölməz qəhrəmanlarımızın şanlı tarix yazdıqlarını diqqətə çatdırıb. Şəhid ailələrinin adlarının əbədiləşdirilməsində dövlətimizin diqqətinin daimi olduğunu qeyd edib. Bulağın ərsəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar, müxtəlif dövlət orqanlarından olan əlaqədar şəxslər iştirak etmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

ETİKETLƏR: